Kursa Müraciət
Formu doldurun — qrup, cədvəl və qiymət barədə sizinlə əlaqə saxlayaq.
Kursa müraciət üçün formada ad-soyad, yaş, şəhər, telefon və e-poçt ünvanını qeyd etmək kifayətdir. Uşaq qrupuna müraciət edirsinizsə, valideynin əlaqə nömrəsini yazın.
Müraciətdən sonra 24 saat ərzində sizinlə əlaqə saxlanılır: hansı qrupun uyğun olduğu, dərs cədvəli və aylıq ödəniş barədə məlumat verilir. Lazım gəlsə, tanışlıq dərsi təyin olunur.
Əvvəlcədən təcrübə tələb olunmur — qrupların böyük hissəsi sıfırdan başlayanlar üçündür. Yaş həddi: uşaq qrupu 7 yaşdan, yeniyetmə və yetkin qrupları 14 yaşdan yuxarı.
Sual yaranarsa birbaşa zəng edə bilərsiniz: +994 55 957 89 99.
Müraciət ödənişsizdir və heç bir öhdəlik yaratmır — sadəcə tanışlıq üçün ilk addımdır. Yer sayı qrup başına məhdud olduğu üçün yeni qrupların başlama tarixləri növbə ilə təyin edilir.
Tanışlıq dərsində nə olur: qısa söhbət, bir neçə sadə etüd və nitq tapşırığı. Hazırlıq tələb olunmur, mətn əzbərləmək lazım deyil — məqsəd sizin üçün uyğun qrupu və səviyyəni müəyyən etməkdir.